Yüzlərlə həkim KARANTİNƏ ALINDI

Kobuleti rayonunda yerləşən "Oazis" otelində konfransa qatılmış 400-dək həkim özünütəcrid və karantinə alınıb. ONN media xəbər verir ki, bu barədə Səhiyyə Naziri, Ekaterine Tikaradze açıqlama verib. Onun sözlərinə görə, həkimlərin karantinə alınmalarına səbəb, sözügedən oteldə konfransa dəvət edilmiş 1 nəfərin virusa yoluxması olub. Tikaradzenin sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar, "Oazis" otelinin bir müddətlik bağlanılması və orada epidemoloji təhlillərin aparılması barəsində qərar qəbul edilib.