“Müsəlmanlar terrorçudur” dedi - Tramp qovulmasını TƏLƏB ETDİ
ABŞ Prezidenti Donald Tramp MSNBC kanalının aparıcısı Coy Ridin “Müsəlmanlar terrorçudur” ifadəsinə görə qovulmasını tələb edib. ONN media xəbər verir ki, Tvitter hesabında məlumat paylaşan ABŞ lideri aparıcını işlətdiyi ifadəyə görə sərt tənqid edib. “Bacarıqsız Coy Rid! Qorxunc bir kəlmə olan “Müsəlmanlar terrorçudur” ifadəsini işlətdiyinə görə qovulmalıdır. MSNBC kanalında bu kimi ksenofobiya və irqçilik var. Başqa biri olsaydı, özü çıxıb gedərdi”, - Tramp bildirib.
