Azərbaycanda dollara tələbat kəskin artdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. ONN media AMB-yə istinadən xəbər verir ki, ABŞ dollarına tələb sentyabrın 1-nə nisbətən 15,4 mln ABŞ dolları və ya 24,2% artaraq 79,1 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
