Bakının mərkəzində QULDURLUQ

Bakının mərkəzində QULDURLUQ

Nəsimi rayonunda quldurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, avqustun 31-də paytaxt sakini Ö.Orucovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt