Yeməyini tülkü ilə paylaşdı - TREND OLDU

Yeməyini tülkü ilə paylaşdı -  TREND OLDU

Karabükdə özəl şirkətdə çalışan mühafizəçi aclıq üzündən hər gün fabrikin önünə gələn tülkünü yemləyir. ONN media  xəbər verir ki, öz yeməyindən tülküyə pay ayıran mühafizəçinin lentə aldığı video sosial mediada trendə çevrilib. O, hər kəsi heyvanlara sayğı ilə yanaşmağa da çağırıb. "Bu vəhşi heyvandır. Mənim danışığımı eşidir, amma qaçmır. Onlar tanrının səsiz qullarıdırlar. Onlara qulluq edək".

Geri qayıt