"Biz deməmişik ki, boşandıq" - Aynişandan CAVAB

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqqer Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. ONN media xəbər verir ki, bloqqer xanım həyat yoldaşı Kənan Əli ilə boşanması haqda şayiələrə də son qoyub. Belə ki, ona boşanması ilə bağlı ünvanan suala, "Biz elə söz deməmişik, boşanmamışıq. Düz deyil",-deyə cavabını verib. Aynişan Quliyeva daha sonra bunları yazıb: "Qadın hər yaşda qocala bilər. Yaşadıqları həyat tərzi onu ya qocaldır, ya da cavanlaşdırıb, gözəlləşdirir. Birinci ruhun qocalır, sonra da yavaş-yavaş zahiri...Ona görə də qadını çiçəyə bənzədirlər. Su vermədikcə solur".