Qapalı məkanda kafe və restoranların fəaliyyətinə icazə verildi — RƏSMİ

Qapalı məkanda  kafe və restoranların  fəaliyyətinə icazə verildi — RƏSMİ


Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.

ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bu qərar 2020-ci il sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minir.
Geri qayıt