Rusiyada 11 turist yoxa çıxdı

Rusiyada 11 turist yoxa çıxdı

Rusiyanın Soçi dağlarında 11 nəfərlik turist qrupu itkin düşüb.

ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Səyyahlar Esto-Sadok şəhərciyindən yola çıxaraq 2320 m yüksəklikdə yerləşən gölə tərəf hərəkət ediblər. Bundan sonra turistlərdən hər hansısa məlumat almaq mümkün olmayıb. İtkin düşən 11 nəfərdən səkkizi 9-16 yaş arasındadır.

Xilasedicilər gölün ətrafına cəlb olunsalar da, əməliyyat heç bir nəticə verməyib.Hazırda itkin düşən turistlərin axtarışları davam etdirilir.

Geri qayıt