Ermənistan yenidən təxribat törədə bilər - Hikmət Hacıyev

Son vaxtlar baş verən hadisələr ona dəlalət edir ki, Ermənistan tərəfindən yenə də nəyinsə törədilə biləcəyi hər zaman baş verə bilər.
ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxartmalıdır”, - PA rəsmisi qeyd edib.