Məcburi köçkünlərin yaşadığı binada yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 300 kv/m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 80 kv/m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.