Azərbaycanda tanınmış musiqiçi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Tanınmış musiqiçi Nofəl Süleymanov vəfat edib. ONN media xəbər verir ki, ötən gecə idarə etdiyi avtomobillə ağır yol qəzasına düşən N.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Bəzi yaxınları isə musiqiçinin evdə övladının əlində ehtiyatsızlıqdan atəş açılması nəticəsində öldüyünü qeyd ediblər. Qeyd edək ki, musiqi sahəsində tanınmış gitaraçılardan olan N.Süleymanov bir çox məşhur müğənniləri müşayiət edib, həmçinin solo ifaları ilə tanınıb. Allah rəhmət eləsin!