Tramp Nobel Sülh Mükafatına layiq görülə bilər

ABŞ-ın 45-ci Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib. ONN media xəbər verir ki, bu barədə “Fox News” informasiya yayıb. D.Trampın Birləşmiş Ərəb Əmirlikləri və İsrail arasında imzalanan tarixi sülh razılaşmasına verdiyi töhfələrdən dolayı namizədliyi irəli sürülüb. Təklifin norveçli radikal sağ siyasətçi Kristian Tibrinq-Qjeddedən gəldiyi ehtimal edilir.