"Alpaslan"nın şad günü

"Alpaslan"nın şad günü

Türkiyənin məşhur serialı "Eşkıya Dünyaya Hükümdar Olmaz"da Alpaslan rolunu canlandıran Yunus Emre Yıldırımer ata olub. ONN media xəbər verir ki, oğlu dünyaya gələn aktyor ona Doğu adını qoyub. Sözügedən serialda rol alan Oktay Kaynarca Yunusun övladı ilə fotosunu sosial şəbəkədə paylaşaraq "Xoş gəldin, xoşbəxtlik gətirdin. Ana-atanla gözəl günlər yaşa" sözlərini yazıb. Qeyd edək ki, aktrisa Melissa Yıldırımerlə evli olan Yunusun ata olacağı xəbərini də Oktay Kaynarca vermişdi.

Geri qayıt