SON DƏQİQƏ: Beyrut limanı yanır

SON DƏQİQƏ: Beyrut limanı yanır

Livanın paytaxtındakı Beyrut limanında yanğın olub. ONN media  xəbər verir ki, bölgədəki neft və təkər deposu yanıb. Şəhərin səmasını qara duman bürüyüb. İtkilər barədə məlumat yoxdur. Qeyd edək ki, ötən ay Beyrut limanının ammonium-nitrat deposunda dəhşətli partlayış yaşanmışdı. Nəticədə 200-ə yaxın insan həlak olmuş, 6 minə yaxını yaralanmışdı. Şəhər infrastrukturunun yarısından çoxu zərər görmüşdü.

Geri qayıt