“Planet Parni İz Baku” cərimələnib? — Tahir İmanovdan AÇIQLAMA

Əməkdar artist Tahir İmanov “Planet Parni İz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin karantin qaydalarına əməl etmədiyi üçün inzibati protokol yazıldığı barədə yayılan xəbərə münasibət bildirib.
ONN media xəbər verir ki, bu barədə Tahir İmanov Ölkə.az -a açıqlama verib. “Bu barədə ilk dəfə sizdən eşidirəm. Məsələ ilə bağlı heç bir fikir söyləyə bilməyəcəyəm. Biz heç bir qayda pozmamışıq, hər zaman bütün qanunlara raiyət edirik”,- deyə o, qeyd edib. Xatırladaq ki, bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir. Qeyd edək ki, bu barədə məlumatı “Report” xəbər agentliyi yayıb.