Bakıda “Volkswagen” piyadanı vurub öldürdü

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, Nizami rayonu ərazisində yolu keçən 30-35 yaşlarında kişi Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.