Gürcüstanda koronavirusa yoluxmada KƏSKİN ARTIM

Gürcüstanda koronavirusa yoluxmada KƏSKİN ARTIM


Gürcüstanda son sutkada koronavirusa 152 yeni yoluxma faktı təsdiqlənib, 6 pasiyent sağalıb.

ONN media  xəbər verir ki, hökumətin rəsmi məlumatına görə, ölkədə COVID-19-a ümumi yoluxanların sayı 2 227 nəfərə, sağalanların sayı isə 1 369-a çatıb. Xəstəlikdən ölənlərin sayı 19 nəfər olub.

Hazırda Gürcüstanda karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır.


Geri qayıt