Amerikalılar Trampın dediklərinə inanmır - SORĞU

ABŞ vətəndaşlarının 68%-i Prezident Donald Trampın koronavirus pandemiyası ilə bağlı dediklərinə inanmır. ONN media xəbər verir ki, bu nəticə ABC İpsos araşdırma xidmətinin keçirdiyi sorğudan sonra üzə çıxıb. Sorğuda iştirak edənlərin 67%-i Amerika Prezidentinin infeksiyanın yayılmasına qarşı mübarizədə çox asta davrandığını bildirib. Respondentlərin 31%-i dövlət başçısının bu istiqamətdə düzgün addımlar atdığını, 1%-i isə tələsik qərarlar verdiyini qeyd edib.