Yunan prezidentdən DÖYÜŞ HAZIRLIĞI: Türkiyəyə KRİTİK MESAJ

“Sülh istəyirsinizsə, hər zaman döyüşə daha yaxşı hazırlaşmalısınız”.
ONN media xəbər verir ki, bu sözləri Yunanıstan Prezidenti Katerina Sakellaropulu deyib.
Prezident Meis adasının Yunanıstanın tərkibinə daxil olmasının 77-ci ildönümü münasibətilə səfərində CNN-ə açıqlama verib.O, “Böhranın davam etdiyi zamanda Türkiyənin yaxınlığındakı bir adaya səfəriniz təhrikedici mesaj deyilmi” sualını belə cavablandırıb:
“Bir yunan prezidentin sülhpərvər səfəri əsla təxribat məqsədli ola bilməz. Həssas dövrdən keçirik. Biz dialoq tərəfdarıyıq. Yunanıstan dialoqu dəstəklədiyini sübut edib. Amma təhdid altında bir dialoqu deyil”.(publika.az)