ABŞ-da hava kəskin dəyişdi — Rekord göstərici

ABŞ-da hava kəskin dəyişdi — Rekord göstərici


ABŞ-ın Kolorado ştatının Denver şəhərində qeyri-adi təbiət hadisəsi baş verib.

ONN media  xəbər verir ki, bazar günü bölgədəki yaşanan rekord istilikdən sonra  hava kəskin şəkildə dəyişib. Belə ki, 2 günün içində havanın temperaturu 38 C dərəcədən  2 dərəcəyə enib. Qısa müddətdə baş verən bu rekord dəyişiklikdən sonra bölgədə qar yağacağı gözlənilir. Bazar günü  həddindən artıq istilər səbəbindən ərazidə yanğın baş verib. Bu gün isə 25 santimetr qar yağacağı təxmin edilir. Qeyd edək ki, əvvəllər də Denver şəhərində buna oxşar təbiət hadisələri yaşanıb.
Geri qayıt