“Türk Şəhidliyi” abidəsi ziyarət olundu - FOTO

Bakı şəhərinin işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar bu gün – sentyabrın 15-də ərazidə xidmətdə olan bir qrup polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları Şəhidlər Xiyabanındakı Türk Şəhidliyini ziyarət ediblər. DİN -dən ONN media -ya verilən məlumata görə, onlar Bakının işğaldan azad olunması uğrunda canlarından keçən şəhid türk əsgərlərini ehtiramla yad edib, xatirələrinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri düzüblər.