Zərdabda yük maşını yanıb

Zərdab rayonunda “KamАZ” markalı yük avtomobilinin kabinə hissəsi və banına yığılan 8 ton ot bağlamasının 2 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.