"Bay Yanlış" serialının çəkiliş qrupunda koronavirus aşkarlandı

Türkiyənin FOX telekanalında yayımlanan “Bay Yanlış” serialının çəkiliş qrupunda koronavirus aşkarlanıb. ONN media xəbər verir ki, geyim üzrə çalışan işçilərdən birinin COVID-19 testi pozitiv çıxıb. İnfeksiya aşkarlanan işçi karantinə alınıb. Baş rol oyunçuları daxil olmaqla bütün komanda testdən keçirilib. Serialın çəkilişinin dayandırılması ilə bağlı məlumat verilməyib.