Türkiyədə daha 72 nəfər virusdan öldü

Türkiyədə daha 72 nəfər virusdan öldü


Türkiyədə son sutka ərzində 1 767 yeni yoluxma faktı qeydə alınıb.

ONN media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 72 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 7 711, yoluxanlar isə 308 min 069 nəfərə çatıb.

Türkiyədə indiyədək 270 min 723 xəstə sağalaraq evə buraxılıb.


Geri qayıt