Bakıda kişi benzin töküb ÖZÜNÜ YANDIRDI

Bakıda kişi benzin töküb ÖZÜNÜ YANDIRDI

Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib. ONN media  xəbər verir ki, bu barədə “oxu.az”a Səbail rayon Polis İdarəsindən məlumat daxil olub. 1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub. O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt