Moskvadan bu ölkəyə TƏHDİD: Cavab verəcəksiniz!

Moskvadan bu ölkəyə TƏHDİD: Cavab verəcəksiniz!

Moskva Sofiyanın Rusiya Ticarət Nümayəndəliyinin əməkdaşlarını ölkədən çıxarmasına cavab verəcək. ONN media  xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik rəsmi Sofiyanın bu qərarına təəssüf etdiyini açıqlayıb: “Buna Rusiya-Bolqarıstan qarşılıqlı fəaliyyətinə zərər vurulması cəhdi kimi baxırıq”, – deyə bəyanatda bildirilib. Qeyd edək ki, Bolqarıstan Rusiyanın iki diplomatını casusluqda şübhəli bilərək ölkədən çıxarılması barədə qərar qəbul edib. Onların 2016-cı ildə Bolqarıstan ordusunun modernləşdirilməsi haqqında informasiya topladığı iddia edilib.

Geri qayıt