Nərgiz Cəlilova yeni vəzifəyə təyin olundu

Nərgiz Cəlilova yeni vəzifəyə təyin olundu

Azərbaycan Televiziyasında (AzTV) tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub. ONN media xəbər verir ki, bu barədə  AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Bildirilib ki, teleaparıcı dövlət televiziyasında Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub. N.Cəlilova bununla yanaşı, AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasındakı kafedra müdiri vəzifəsində də fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, N.Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.

Geri qayıt