AB-nin Türkiyə qərarı nə olacaq? – ÖNƏMLİ GÜN

Türkiyə Aralıq dənizinin şərqində baş verən gərginliklə bağlı addım atdığı üçün sanksiya ehtimalı da zəiflədi. ONN media xəbər verir ki, bu barədə “Röyters”ə AB diplomatı deyib. “Dialoq Türkiyəyə qarşı sanksiya tətbiq olunması ilə bağlı məsələyə təsir edib. 27 üzv dövlət arasında bu istiqamətdə addım atılması üçün fikir birliyi yoxdur”, - məlumatda bildirilib. Qeyd edək ki, AB 24-25 sentyabr tarixlərində Türkiyəyə qarşı sanksiyanı müzakirə edəcək.