Netanyahudan ŞOK: “Uçuruma sürüklənirik”

“Uçuruma sürüklənirik”. ONN media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Nazirlər Kabinetinin 8 saatlıq iclasından əvvəl danışan baş nazir koronavirusa yoluxmanın sürətlənməsinin onları pis vəziyyətə saldığını etiraf edib. O bildirib ki, qabaqlayıcı tədbirlər daha da gücləndirilməlidir. Qeyd edək ki, Knesset (ölkə parlamenti) 2 həftəlik sərt karantin rejiminin tətbiqini təsdiq edib. Bu çərçivədə məktəblər bağlı qalacaq, sinaqoqlar bağlanacaq, lakin gələn həftə Yom Kippur bayramında məhdud formada istifadəsinə icazə veriləcək. Bugünədək İsraildə 206 min 332 koronavirusa yoluxma, 1 335 ölüm faktı qeydə alınıb.