Azərbaycanlı məşhur karantin rejimini pozdu
Azərbaycanlı məşhurun iştirak etdiyi məclisdə karantin qaydaları pozulub. ONN media xəbər verir ki, Aqşin Nəcəfov adlı “İnstagram” istifadəçisi canlı yayım edib və bildirib ki, Bakıda eyni masada 6 nəfərin əyləşməsinə icazə verilsə də, onların sayı 15 nəfərdir. Sözügedən məclisdə DJ Roşka da iştirak edib. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə əsasən, restoranlarda hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır.
