Bu ölkənin prezidentinə qarşı sui-qəsd hazırlanır

Bu ölkənin prezidentinə qarşı sui-qəsd hazırlanır

Kolumbiya hüquq-mühafizə orqanları iki xarici vətəndaşın Kolumbiya prezidenti İvan Dukenə qarşı sui-qəsd törətməyə hazırlaşması barədə məlumat alıb. ONN media  xəbər verir ki, bu barədə ölkə radiostansiyası "Ere-se-ene" bildirib. Bildirilib ki, hal-hazırda dövlət qurumları prezidentin qorunması və həyatına edilən hər hansı bir qəsdin qarşısının alınması üçün tədbirlər hazırlayır.

Radiostansiyanın verdiyi məlumata görə, hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.
Geri qayıt