Dəhşətli təyyarə qəzası - ÖLƏNLƏR VAR

Kanadanın Alberta vilayətində kiçik təyyarənin qəzaya düşməsi nəticəsində 2 nəfər öldü. ONN media xəbər verir ki, bu barədə yerli CBC telekanalı bildirib. Məlumata əsasən, hadisə Edmontondan 70 km cənub-qərbdə Torsbi şəhəri yaxınlığında baş verib. Hadisə yerinə gələn xilasedicilər və polis iki ölü tapıb. Təyyarə qəzası ilə bağlı araşdırma başlayıb.