Hacıyev: "İşğal olunan ərazilərin azad edilməsi üçün əməliyyatlar davam edir"
"Hərbi vəziyyətdə müvafiq icazələrin alınması DİN və ASAN Xidmət vasitəsilə həyata keçiriləcək". ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri təmas xətti boyunca və işğal edilən ərazilərin azad edilməsində fəaliyyətini davam etdirir: "Azərbaycan əməliyyatların keçirilməsində beynəlxalq hüququn prinsiplərini nəzərə alır".
