Bakıda mağaza yanaraq KÜL OLDU

Bakıda mağaza yanaraq KÜL OLDU

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 kvadrat metr olan mağazanın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan mallar 100 kvadrat metr sahədə yanıb. ONN media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt