Daha bir mülki şəxs yaralandı

Daha bir mülki şəxs yaralandı

Bu gün səhər saatlarından başlayaraq Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutur. ONN media  xəbər verir ki, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Azad Qaraqoyunlu kənd sakini, 1978-ci il təvəllüdlü Mehdiyev İsmayıl Rüstəm oğlu yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb.(qafqazinfo.az)

Geri qayıt