Ermənilər Rusiyada azərbaycanlı vəkilə hücum etdi

Rusiyda azərbaycanlı vəkil,ictimai və siyasi xadim Elman Paşayevə naməlum şəxslər hücum edib. ONN media xəbər verir ki, məlumatı RİA Novost yayıb. Paşayev bildirib ki, hücum edənlərdən biri hadisə zamanı sənədini yerə salıb. O, cinayəti törətməkdə şübhəli bilinənlərə hücumun sifarişçisini deməyi məsləhət görüb. "Bu gün (oktyabrın 1-də) saat 10:45 (Moskva vaxtı ilə) “”360” telekanalının binasından çıxarkən, bu TV-nin jurnalistlərinin yanında mənə hücum olub”, - Elman Paşayev deyib. Azərbaycanla Ermənistan arasındakı döyüşlərə görə hadisəni erməni etnik qrupundan olanların törətdiyi ehtimal edilir.(report)