Düşmən 24 mülki şəxsi qətlə yetirib, 111 nəfər yaralanıb - RƏSMİ

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son məlumat açıqlanıb. ONN media Baş Prokurorluğa istinadən xəbər verir ki, 27.09.2020-ci il tarixdən - hazıradək (04.10.2020-ci il saat 15:30) həlak olmuş şəxslərin sayı 24, yaralanmış şəxslərin sayı 111 nəfərdir. Bundan başqa ziyan dəymiş mülki obyektlərin sayı 49, ziyan dəymiş yaşayış evlərinin sayı isə 248-ə çatıb.