Xəzərdə 3,4 ballıq zəlzələ baş verdi

Oktyabrın 4-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONN media -ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:39 -da qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.