ETSN -nin kollektivi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb. ETSN -dən ONN media -ya verilən məlumata görə, nazirliyin kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
