Bərdənin qaz təchizatı bərpa edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargah Bərdə rayonunun qaz təchizatı ilə bağlı yeni məlumat yayıb. ONN media “Azəriqaz”a istinadən xəbər verir ki, 2020-ci ilin oktyabrın 5-i saat 15:15-də Bərdə rayonu üzrə qaz təsərrüfatına baxış keçirilərək Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub: "Beləliklə, hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir".