Düşmənin Tərtərdə törətdiyi təxribatların sayı açıqlandı - RƏSMİ

Sentyabrın 27-dən başlayan erməni təxribatı nəticəsində Tərtər rayonuna endirilən artilleriya zərbələrinin sayı açıqlanıb. Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 5-dək düşmən Tərtərə 8929 artilleriya zərbəsi endirib: “Bu gün səhər saat 07:30-dan indiyə kimi 120 mərmi atılıb”. “Döyüşlər başlayandan düşmənin açdığı atəş nəticəsində Tərtərdə səkkiz nəfər ölüb, 35 nəfər yaralanıb”, - deyə RİH-dən qeyd edilib.