Qarabağda Meğri meri yaralandı

Qarabağda Meğri meri Mxitar Zakaryan yaralanıb.
ONN media xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” Meğri meriyasına istinadən yayıb. Zakaryanın İrəvan xəstəxanalarından birinə çatdırıldığı vurğulanıb.
Merin Qarabağın cənubunda gedən döyüşlərə qatıldığı və burada yaralandığı qeyd edilib.