Mərkəzi Elmi Kitabxana Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi
Müzəffər ordumuzun qələbələrini xalqımız böyük iftixar hissi ilə qarşılayır. Ordumuza dəstək olmaq məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 3190 manat vəsait köçürüb. Əsgərlərimizlə qürur duyuruq. Hərbi qüvvələrimizin Qarabağı erməni işğalından azad edəcəyinə inanırıq. Zəfər bizim olacaq!
