Göyçayda güclü yanğın: iki avtomobil yandı - FHN

Göyçay rayonunun Şəhadət kəndində yanğın baş verib. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 55 kv/m olan köməkçi tikilinin içərisində iki ədəd “ВАЗ” minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.