Ürəyin sağlamlığını qoruyan ƏN FAYDALI QİDALAR

Ürəyin sağlamlığını qoruyan ƏN FAYDALI QİDALAR

Mütəxəssislər bəzi qidaların damarları təmizləyərək qandakı xolesterol səviyyəsini azaltdığını və qan təzyiqini aşağı saldığını bildirir. Sözügedən qidaların balanslı qəbulu ürək-damar problemləri riskini azaldır. Lakin təkcə qidalanma ürəyin sağlam fəaliyyətini təmin edə bilməz. Bunun üçün nizamlı idman və ya məşq etmək lazımdır. Mütəxəssislərin ürəyin sağlamlığı üçün tövsiyə etdiyi qidalar: Fındıq: Fındıq yağ tərkiblidir. Amma bu yağ xolesterolun səviyyəsini aşağı salan doymamış yağdır. Fındıqda həm də damarları qoruyan E vitamini bol miqdarda var. Sink, lif və maqnezium bu qidanın əsas faydalarındandır. Zeytun yağı: Doymuş yağlar yerinə, zeytun yağından istifadə etsəniz, qandakı xolesterolun miqdarı azalacaq, qan təzyiqi aşağı düşəcək. Düyü: tərkibində bol miqdarda E və B vitaminləri var. Pomidor: Pomidora qırmızı rəng verən likopen birləşməsi damarlarda xolesterolun yığılmasının qarşısını alır. Soğan: sarımsaqla birlikdə ürəyin sağlamlığı üçün can-başla savaşan qidadır. Tərkibindəki maddələr xolesterolun oksidləşərək damarların divarlarına zərər verməsinin qarşısını alır. Lobya: hər gün 1-1/2 fincan quru lobya yesəniz, qısa müddətdə qandakı xolesterolun miqdarı azalar. Damarların tıxanmasını əngəlləyir. İspanaq: ürək xəstəlikləri və yüksək təzyiqə qarşıdır. Xolesterolun damarlara yerləşməsinin qarşısını alır. Maqnezium və kalium kimi minerallarla zəngindir. Qreyfrut: 80 kaloriyə malik qreyfrut eyni zamanda C vitamini deposudur. Meyvənin içinə çəhrayı rəng verən maddə damarları xolesterolun təxribatından qoruyan antioksidantdır. Yulaf: Yulaf xolesterolun bir nömrəli düşmənidir. Lif özünü xolesterola birləşdirir və onu vücuddan xaricə çıxarır. Gündə 1-1/2 fincan yulaf yesəniz, qandakı xolesterol miqdarı 20% azalar. Çay: Əvvəllər ürək xəstələrinin çay içmələri qadağan edilirdi. İndi isə çayın ürək üçün son dərəcə faydalı olduğu iddia edilir. Çay qan laxtalanmasının qarşısını alır. Alma: Gündə bir alma yesəniz, ürək xəstəliklərindən qorxmağınıza gərək qalmaz. Tərkibindəki vitaminlər sayəsində xolesterolun damarda yığılmasının qarşısını alır.

Geri qayıt