Türkiyədən Azərbaycana BÖYÜK JEST

Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək. ONN media bildirir ki, bunu Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar deyib. O bildirib ki, həmin park yaxın zamanlarda salınacaq.(Trend)