Bu gün məktəblərdə koronavirusa yoluxanların SAYI AÇIQLANDI

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən ONN media -ya verilən məlumata görə, 27 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 23 şagird və 6 işçidə koronavirus aşkarlanıb. Distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür. Daha 1 məktəb də distant təhsilə keçib. İndiyə qədər ölkə üzrə iki məktəb, 30 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.