Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - Müdafiə Nazirliyi

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - Müdafiə Nazirliyi


Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur.

Bu gün saat 12:00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.

Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla qarşısı alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

Geri qayıt