Almaniya: "Ermənistan təcavüzkardır"

"Ermənistan xristian ölkəsi olduğu üçün avropalılar bu xalqı özlərinə daha yaxın hesab edirlər. Hətta işğalçı siyasətinə göz yumaraq dost ölkə adlandırırlar". ONN media bildirir ki, bu sözləri Publika.az-a Almaniyanın tanınmış publisisti Mattias Volf deyib. O bildirib ki, Azərbaycan mədəniyyətinə, dilinə dərin sevgi bəsləyir. Amma erməni terrorunu və məkirli siyasətini pisləyir: "Avropa insanı terrorçu erməni xalqının əsl simasını görməyə başlayıb. Gəncə terroru isə məsələyə öz möhürünü vurdu. Gözünü aç, Avropa! Ermənistan təcavüzkardır. Özü başlatdığı müharibənin qaydalarını pozacaq qədər xaindir".