Akardan Qarabağ AÇIQLAMASI: Nə lazımdırsa, etməyə hazırıq

Akardan Qarabağ AÇIQLAMASI: Nə lazımdırsa, etməyə hazırıq

“Azərbaycan ilə Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə etmək lazımdırsa, etməyə hazırıq”. ONN media xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Ermənistanı barbarlıqda ittiham edən nazir sözlərinə belə davam edib: “Azərbaycanın torpaqlarını işğal edən təcavüzkar, barbar bir Ermənistan var. O insanlardan soruşmaq lazımdır ki, 30 il boyunca azərbaycanlı qardaşlarımız dialoq üçün gözlədi, siz nə etdiniz bu günə qədər? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonuna qədər Azərbaycanın yanındadır”. O bildirib ki, Azərbaycan atəşkəs rejiminə tam əməl etdi: “Səmimiyyətsizlik edən Ermənistan isə atəşkəsə əməl etmədi. Raketlərlə dinc əhalini qətlə yetirdilər. Hələ də hücumlarına davam edirlər”.

Geri qayıt